FHN əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub


11:33     01 İyun 2021 21_06_01_1622531238.jpg

Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Femida.az -ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

30 yaşlı Turanə Cəsərovanın meyiti onun yaşadığı evdə aşkarlanıb. Qadının elektrik naqili ilə boğulduğu ehtimal edilir.

Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 669