Metroda problem yarandı
15:13 14 İyun 2021
Bakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.
Femida.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, nəticədə metronun “28 may”-“Gənclik” istiqamətində 30 saniyə gecikmə olub: “Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb”.
B. Məmmədov bildirib ki, hazırda qatarların hərəkət qrafikində gecikmə yoxdur, qrafik tam normal qaydasındadır.
Oxunub: 822
Oxşar xəbərlər
- Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
- Metrodakı yoxlanışlar nədən xəbər verir?
- Metroda qatarın hərəkəti ləngiyib
- Metroda "Sizinlə qürür duyuruq" layihəsi davam edir - FOTOLAR
- Metroda qatarların hərəkəti bərpa olunub
- Metroda daha bir koronavirus xəstəsi saxlanılıb
- Metroda aktiv koronavirus xəstəsi saxlanılıb
- Metroda qatarların hərəkəti ləngiyib
- Prokurorluq: Metrodakı insidentlə bağlı istintaq başa çatıb
- Metroda bu qaydalara əməl etmək məcbur olacaq - VİDEO