Metroda aktiv koronavirus xəstəsi saxlanılıb


18:43     21 Oktyabr 2021 2021/10/1AA51605-B047-4977-96CA-5DE9BF6699FA_1634827588.jpeg

Bakıda metronun “Memar Əcəmi” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Femida.az -a bildirilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin edilib. Ç.Orucov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq prosessual tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər: #Metro   #Koronavirus    

Oxunub: 541