Salyanda Kür çayında axtarılan gənc qadının Bakıya getdiyi məlum oldu
10:15 20 İyun 2021
Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Kür çayının kənd ərazisindən keçən hissəsində boğulmadığı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, o, səhər saatlarına yaxınlarına zəng edərək, Bakıya getdiyini bildirib. “Məni axtarmayın, Bakıdayam”, - qadın deyib.
Bu səbəbdən onun Kür çayında axtarışları dayandırılıb. Qeyd edək ki, qadının Kür çayında boğulduğu ehtimal olunurdu. Buna səbəb A.Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olması idi.
Qadının bundan narahat olan yaxınları dünən Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər. Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.
Qeyd edək ki, A Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var.
Femida.az
Oxunub: 294
Oxşar xəbərlər
- Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
- Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
- Salyanda traktorla avtomobil toqquşub, xəsarət alanlar var
- Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət alıb
- Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib
- Salyanda 14 yaşlı yeniyetmə itkin düşüb
- Salyanda iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb
- Salyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub