Hacıqabulda şadlıq saraylarında pozuntular aşkarlanıb
10:22 19 İyul 2021
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Nəvahı kəndi ərazisində yerləşən "Şahsaray" şadlıq sarayında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Məlum olub ki, obyektin icarədarı T.Əliyev təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə icazə verilən saydan artıq qonağın iştirak etməsini təşkil edib.
Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Oxunub: 985
Oxşar xəbərlər
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacıqabulda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb
- Hacıqabulda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var
- Hacıqabulda postda avtomobildən silah-sursat, beşbarmaq götürülüb
- Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
- Hacıqabulda oğurluq edən şəxs saxlanılıb