Beyləqan sakinindən "patı" və heroin aşkarlanıb
09:16 06 Avqust 2021
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az -a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Birinci Şahsevən kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Qabilov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman iki büküm "patı" adlanan psixotrop maddə - metamfetamin, dörd bükümdə çəkisi 19 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 1037
Oxşar xəbərlər
- Beyləqanda ev yanıb, xəsarət alan var
- Beyləqan sakini mübahisə zamanı həmkəndlisini güllələyərək öldürüb
- Beyləqanda polis qaçmaq istəyən şəxsi tutarkən silahdan istifadə edib
- Beyləqanda çətənə bitkiləri aşkar edilib, saxlanılanlar var
- Beyləqan sakinindən odlu silah və qumbara aşkar edilib
- Beyləqan sakini özünü asıb
- Beyləqanda ictimai yerdə koronavirus xəstəsi aşkarlanıb
- Beyləqanda avtomobil ağaca çarpılıb, ölən var
- Beyləqanda avtomobillə vurulan piyada ağır xəsarət alıb
- Beyləqanda avtomobil qadını vuraraq öldürüb