Erməni valideynlərindən Paşinyana etiraz
15:53 09 Avqust 2021
İrəvanda Azərbaycanda saxlanılan erməni məhbusların yaxınları etiraz aksiyası keçiriblər. Femida.az
xəbər verir ki, hökumət binasının qarşısına toplaşan etirazçılar baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.
"Oğlanlarımızın nə vaxt qayıdacağını bilmək istəyirik. Bizə dəqiq tarix lazımdır. Səkkiz ay aldatdılar, amma hamımız uşaqlarımızı gözləməyə davam etdik. Bütün suallarımıza cavab verilməyənə qədər buradan ayrılmayacağıq. Evimizə necə dönək? Əzizlərimizə nə cavab verək?",- məhbuslardan birinin atası jurnalistlərə deyib.
Əsgər atası hər şeyə hazır olduğunu, müddətsiz aksiyadan aclığa qədər bütün növ etiraz tədbirləri keçirə biləcəklərini bəyan edib. O həmçinin bildirib ki, oğlu ilə 4 gün əvvəl telefonla danışıb. Amma bu valideyn üçün kifayət etmir.
Femida.az
Etirazçılar baş nazir Nikol Paşinyanın yaxud da konkret cavab verəcək digər şəxsin onları qəbul etməsini tələb ediblər.
Oxunub: 742
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Valideynlərlə təşkilatçılar arasında insident: Yaralılar ortada qaldı
- DYP valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- XİN: "Ukraynada valideynləri həlak olan 3 azərbaycanlı uşaq Vətənə gətirilib"
- Küçələrdə dilənçilik edən 450 uşaq aşkarlanıb, 75 valideyn cəzalandırılıb
- Zelenski rusiyalı hərbi çağırışçıların valideynlərinə müraciət edib
- Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı fərdi inkişaf planları hazırlanacaq
- Azərbaycanda valideynlik hüquqlarından məhrumetmə qaydası dəyişib