Türkiyədə daşqın olub, ölən və itkin düşən var


12:04     11 Avqust 2021 21_08_11_1628667636.jpg

Türkiyənin şimalında yerləşən Bartın əyalətinin Ulus rayonunda sel suları bəzi ərazilərdə körpüləri aşırıb, yolları dağıdıb.

Femida.az “TRTHaber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə itkin düşüb.

Məlumata görə, xilasedicilər Yenixan kəndində evlərdə çıxılmaz vəziyyətdə qalan 20 nəfəri xilas ediblər.

Rayon ərazisində bir neçə yerdə torpaq sürüşməsi də baş verib. Bu səbəbdən Bartın-Karabük avtomobil yolu Yenixan kəndində gediş-gəliş üçün bağlanıb.

Açar sözlər:

Oxunub: 989