Oğuzda 67 yaşlı kişini avtomobil vurub


19:10     14 Avqust 2021 piyada%20qeza.jpg

Oğuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Kərimli kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Niyaz Qəni oğlu Teyyubov yolu keçərkən minik avtomobili onu vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1097