Oğuzda avtomobil ağaca çarpılıb, xəsarət alan var


17:12     09 İyun 2022 22_06_09_1654782887.jpg

Oğuz rayonunda avtomobil ağaca çarpılıb, xəsarət alan var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini Seymur Bəhmən oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çarpılıb. Nəticədə sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 247