Mənzildə qadın meyiti aşkarlanıb


13:30     17 Avqust 2021 2021/08/unnamed_1629195202.jpg

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Bu barədə Femida.az- a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Kaybelova Fəridə Abdullayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 617