Əfqanıstan Prezidenti xəstəxanaya yerləşdirilib


21:15     18 Avqust 2021 esref%20qani.jpg

Əfqanıstanı tərk edən Prezident Əşrəf Qani BƏƏ -nin paytaxtı Əbu -Dabidə xəstəxanaya yerləşdirilib. Bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Fəhriddin Qarizadə məlumat yayıb.

"Əbu -Dabidə olan keçmiş Əfqanıstan prezidentinin səhhətinin pisləşdiyinə dair məlumatlar var. Bir sıra diplomatik mənbələrə görə, Qani bir neçə saat əvvəl müalicə üçün xəstəxanaya yerləşdirilib",- deyə F. Qarizadə bildirib.

Qeyd edək ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirəndən sonra Əşrəf Qani ölkəni tərk etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 365