Türkiyədə 4,2 bal gücündə zəlzələ olub


21:30     21 Avqust 2021 2021/08/612125bc79757612125bc79758162956230057bd52e74ef66ce72ab12dd2ba9043a4_1629564499.jpg

Türkiyənin Muğla vilayətində Egey dənizinin Datça sahilində 4,2 bal gücündə zəlzələ olub.

Femida.az-ın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla saat 16:21-də qeydə alındığını bildirib.

Qeyd edək ki, Datçada keçən ayın sonlarından başlayaraq seysmik aktivlik artıb. Avqustun 1-də Datçada 5,5 bal gücündə zəlzələ baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1496