Ərdoğan Azərbaycanla imzalanmış Anlaşma Memorandumunu təsdiqləyib


10:44     25 Avqust 2021 21_08_25_1629873898.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan Anlaşma Memorandumunu təsdiq edib.

Femida.az xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat dərc olunub.

Bildirilib ki, Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2 aprel 2021-ci ildə Bakıda imzalanan Rəqəmsal Ticarət Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu bu gün Türkiyə Prezidentinin qərarı ilə rəsmi şəkildə təsdiqlənib.

Açar sözlər:

Oxunub: 1033