Beş il əvvəl Rusiyada qətl törədən şəxs Bakıda həbs edilib
11:30 29 Sentyabr 2021
Rusiyada qətl törədən şəxs Bakıda həbs edilib.
Bu barədə Femida.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 2016-cı il aprelin 3-də İsayev Rəşad Sərdar oğlunun Rusiya Federasiyası Lebedyan şəhərində Rusiya vətəndaşı Bessonov Aleksandr Vitaliyeviç ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanıb.
2018-ci il avqustun 14-də Rəşad İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilib.
2019-cu il avqustun 21-də cinayət işi istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
2021-ci il avqustun 26-da Rəşad İsayev barəsində Nərimanov Rayon Prokurorluğu tərəfindən axtarış elan edilib.
Sentyabrın 28-də Rəşad İsayev tutulub, ona yuxarıda qeyd edilən maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxunub: 790
Oxşar xəbərlər
- Beş il əvvəl Rusiyada qətl törədən şəxsin məhkəməsi başlayır
- Beş ayda 6 minə yaxın ailə boşanıb
- Beşbarmaq dağında qoruq yaradılır - SƏRƏNCAM
- Beş məntəqədə səsvermənin nəticələri ləğv edilib
- Beş ölkənin XİN başçısı Qarabağ problemini müzakirə edib
- Beşqat dünya çempionu bəraət alıb
- Beş özəl xəstəxanada icbari tibbi sığorta üzrə xidmətlərdən pulsuz istifadə ediləcək - SİYAHI
- Beşinci çağırış Milli Məclisin ən fəal deputatları onlar oldu
- Beşdən çox uşağı olan qadınlara müavinət necə təyin edilir? - Hüquqi YARDIM
- Beş gün dərs olmayacaq