Direktor müavini özünü yandırdı - Məktəbdə


17:17     07 Yanvar 2016 fire8.jpg

Neftçala sakini özünü yandırıb. Femida.az xəbər verir ki, Neftçala şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Neftçala şəhər 4 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 1952-ci il təvəllüdlü Alik Mustafa oğlu Novruzov məktəbin qazanxanasında özünə od vurub. Məktəbin kollektivinin səyi nəticəsində alov söndürülüb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Polisdən həmçinin bildirilib ki, A. Novruzovun külli miqdarda borcu var. O, buna görə özünə qəsd edib.

Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Açar sözlər:

Oxunub: 1340