Direktor və müavini məhkəmə zalında həbs olundu


00:12     15 Sentyabr 2017 asdasdsadads.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Bilal Məmmədov, Anar Nağdıyev və Xalidə Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az -ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə B.Məmmədov 8 il 6 ay, A.Nağdıyev 8 il azadlıqdan məhrum edilibilər. Hər iki şəxs məhkəmə zalında həbs edilib. X.Mirzəyevaya isə şərti cəza verilib.

İttihama görə, 2012-ci ilin fevral ayından başlayaraq 2014-cü ilin may ayınadək “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının direktoru B.Məmmədovun, onun müavini Anar Nağdıyev və baş mühasib Xalidə Mirzəyeva tərəfindən qurumun tabeliyində olan idman bölmələri üzrə ezamiyyə səfərləri, təlim-məşq toplanışlarına pul vəsaitlərinin xərclənməsinə dair tərtib olunmuş sənədlərə tədbirlərə faktiki xərclənmiş pullardan artıq vəsaitin xərclənməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə məşqçi müəllimlərin kart hesablarına köçürülməsi və kassa məxaric orderləri əsasında onların adına rəsmişləşdirilməsi təşkil edilməklə 115.395,2 manat büdcə vəsaiti mənimsənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 5617