Direktor məktəbin qarşısında şah damarını kəsdi - AZƏRBAYCANDA
04:25 22 Dekabr 2017
Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib.
Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır.
Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxunub: 4025
Oxşar xəbərlər
- Direktor müavinlərinin imtahanı başa çatdı
- Direktor olmaq istəyənlər üçün yeni müsabiqə
- Direktor və müavini məhkəmə zalında həbs olundu
- Direktor işdən qovuldu - Araşdırma davam etdirilir
- Direktora böhtan atan müəllimi hansı cəza gözləyir?
- Direktoru qətlə yetirənlər dələduz və quldur imiş
- Direktor vəzifədən azad edildi - Vətəndaşın narazılığına görə
- Direktorlar özləri müəllim seçə biləcək – Nazirdən açıqlama
- Direktor olmaq istəyənlərin nəzərinə! Nəticələri açıqlandı
- Direktor olmaq istəyənlər imtahan verirlər