"Qarabağ müharibəsində Rusiya bacardığını etdi" - Rusiyalı akademik
19:48 15 Oktyabr 2021
"Ötən payız Qarabağ müharibəsi zamanı bizim düşdüyümüz vəziyyətdə Rusiya maksimum dərəcədə bacardığını etdi. Mən qərarların necə qəbul edildiyini bilirəm".
Femida.az erməni medisaına istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının “Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər” institutunun direktoru akademik Fyodor Voytolovskiy “Ermənistan və Rusiya: yeni strategiyanın imperativi” geosiyasi sessiyasında çıxışında deyib.
- Niyə bu maksimum idi? Burada Moskvanın hərəkətini məhdudlaşdıran çox şeyləri, Rusiya ilə Ermənistanın yetərli səviyyədə olmayan qarşılıqlı əlaqələrinə qədər faktorları izah etmək lazımdır. Ermənistanın rəhbərliyi “Artsaxı” tanınmayıb, onun Ermənistanın tərkibinə inteqrasiyası imkanını nəzərdən keçirməyib. Ermənistan kömək barədə rəsmi qaydada bir dəfə də olsun Rusiyaya müraciət etməyib, - Voytolovskiy bildirib.
Onun qiymətləndirməsinə görə, payız müharibəsinin nəticələri əsasında yaranan kordinatlar sistemi bütün postsovet dövründə mövcud olan vəziyyətdən çox fərqlənir.
- Biz yalnız Zaqafqaziyada yox, pütün postsovet məkanında beynəlxalq münasibətlərin yeni dövrünə daxil olmuşuq. Bu məkandakı dondurulmuş münaqişələr yeni inkişaf mərhələsinə keçə bilər. Qarabağ münaqişəsini postsovet məkanındakı digər münaqişələrdən fərqləndirən bu müstəvidə Qərblə Rusiya arasında birbaşa qarşıdurmanın olmaması idi,- rusiyalı akademik vurğulayıb.
Femida.az
Oxunub: 484
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək