Biləsuvarda ev yandı


15:41     08 Yanvar 2016 1d6eaa14-f1d0-4035-80bc-b8f27f477888.jpg

Biləsuvarda ev yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 169 kv.m olan birmərtəbəli, kürsülü 4 otaqlı evdə baş verib.

Belə ki, evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqdakı ümumi sahəsi 72 kv.m olan 3 otaqlı tikilinin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 06:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 805