Biləsuvarda qadın özünü çardaqdan asdı


13:40     27 Sentyabr 2017 25%20yas%20intihar%20gelin6.jpg

Biləsuvar rayonunda qadın özünü öldürüb.


Hadisə rayonun Ç.İldırım küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Əzizova Səfurə Əhmədxan qızı özünü yaşadığı evin həyətindəki çardaqdan iplə asaraq öldürüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb. (Trend.az)

Femida.az

Açar sözlər:

Oxunub: 746