Biləsuvarda fəhlə torpaq uçqunu altında qalıb


01:28     10 Dekabr 2017 Screenshot%20-%2009_12%20003.jpg

Biləsuvar şəhərində istehsalatda bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb.


1991-ci il təvəllüdlü rayon sakini Mirzəyev Asif Vasif oğlu kanalizasiya xətti çəkilişi zamanı torpaq altında qalıb.
Yaralı yaxınlıqdakıların köməkliyi ilə qaldığı yerdən çıxarılıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.(Report)

Açar sözlər:

Oxunub: 653