Göygöldə karantini pozan obyektin sahibi məsuliyyətə cəlb olunub
10:33 18 Oktyabr 2021
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Muraz” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.
Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.
Bundan başqa keçirilən monitorinqlər zamanı, rayon ərazisindəki “Flaminqo” restoranının karantin rejim qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərməsi məlum olub. Obyekt sahibi ilə inzibati məsuliyyətə cəlb olunub.
Oxunub: 856
Oxşar xəbərlər
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb
- Göygöldə avtomobil qəzası olub, ölən var
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb
- Göygöldə minik maşını aşıb, sərnişin ölüb
- Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
- Göygöldə oğurluq edən şəxslər saxlanılıb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- Göygöldə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb