Azərbaycana viza tətbiq edilməsinə - Türkiyədən cavab


16:57     08 Yanvar 2016 azerturk51095071_700x390.jpg

Türkiyənin ölkəmizdəki səfirliyi bu ölkənin Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyinə dair yayılan məlumatlara münasibət bildirib.


Femida.az xəbər verir ki, səfirlik Türkiyə mətbuatda yer alan xəbərin həqiqəti əks etdirmədiyini açıqlayıb:

“Ölkəmizlə Azərbaycan arasında hazırda tətbiq edilən viza rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. 2007-ci ildən bəri Azərbaycan vətəndaşlarının ölkəmizə nəzərdə tutulan 30 günlük vizasız turistik səhayətləri davam edəcək”.

Açar sözlər:

Oxunub: 8196