Azyaşlıya qarşı soyğunçuluq edən ələ keçdi


16:24     21 Oktyabr 2021 2021/10/461C7A46-63DC-4DCD-8D26-CE2F35619ADC_1634821637.jpeg

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az -a verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib.

Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı F.Məmmədovdan 5 qram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər: #Azyaşlı    

Oxunub: 368