Şabran bazarında nərə balığı satan tutulub


19:47     30 Oktyabr 2021 2021/10/7E04F703-3919-4E4B-8B87-CE8F1BA37E4E_1635611416.png

Şabranda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

Femida.az xidmət rəisi Hikmət Əlizadəyə istinadən xəbər verir ki, Şabranda fəaliyyət göstərən mərkəzi kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı rayon sakini İlham Məmmədov tərəfindən digər balıqlarla yanaşı, ovlanması qanunla qadağan olunmuş nərə balığının satılması faktı aşkar olunub.

Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində bütün bölgələrdə monitorinqlər davam etdirilir.


Femida.az

Açar sözlər: #Şabran   #Nərə-balığı    

Oxunub: 693