Azərbaycan cüdoçusu finala yüksəlib


17:12     07 Noyabr 2021 21_11_07_1636285185.jpg

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Femida.az -ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib. O, qızıl medal uğrunda Kosuke Maşiyama ilə üz-üzə gələcək.

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda Onise Seneblidze ilə (Gürcüstan), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri Sven Heynle (Almaniya) ilə güləşəcək.

Bu gün mübarizəyə qoşulan digər 6 cüdoçu isə medalsız qalıb.

Açar sözlər:

Oxunub: 473