ABŞ şirkəti yeni smartfon təqdim edib


14:25     10 Yanvar 2016 alcatel-onetouch.jpg

Las-Veqasda keçirilən “Consumer Electronics Show 2016” (CES) istehlak elektronikası sərgisində ABŞ-ın “TCL Communication” şirkəti “Alcatel OneTouch Fierce XL” smartfonunu təqdim edib. Bu mobil qurğunun məxsusiliyi ondan ibarətdir ki, smartfon “Windows 10 Mobile” əməliyyat sisteminin bazasında işləyir.


“ Alcatel OneTouch Fierce X” LTE şəbəkəsi vasitəsilə VoLTE texnologiyasını, eyni zamanda Wi-Fi (802.11), “Bluetooth” 4.0 və GPS simsiz kommunikasiya vasitələrini dəstəkləyir. Akkumulyatorun həcmi 2000 mAs-dır.

Açar sözlər:

Oxunub: 1279