Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
09:38 12 Noyabr 2021
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib.
Femida.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Habil Nağıyev Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, H.Nağıyev bu təyinata qədər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə ona Dövlət Miqrasiya Xidmətinin III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsində daha əvvəl general-mayor Şahvələd Əliyev çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.
Femida.az
Oxunub: 453
Oxşar xəbərlər
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
- Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb
- Səfərbərlik Xidməti çağırışçılara müraciət edib
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlik Xidməti: "Könüllü cəbhəyə getmək üçün çoxsaylı müraciətlər var"
- Səfərbərlik Xidməti məlumat yaydı: Bu şəxslər oktyabrda çağırılacaq
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti MƏLUMAT YAYDI
- Səfərbərlik nədir və hansı hallarda elan edilir? – QANUN
- Səfərbərlik Xidmətindən vətəndaşlara MÜRACİƏT