İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi Moldova mətbuatında
14:28 13 Noyabr 2021
Moldovanın xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi ilə bağlı məqalələr dərc edib.
Femida.az xəbər verir ki, Moldovanın noi.md, dosarmedia.md və digər portallarında dərc olunan məqalələrdə qeyd olunur ki, Ali Orden Prezident İlham Əliyevə noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.
Məqalələrdə bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edib.
Məqalələrdə, həmçinin Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimatında çıxışı da yer alıb. Türkiyə Prezidentinə istinadla qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub.
Femida.az
Oxunub: 754
Oxşar xəbərlər
- Moldovanın keçmiş prezidentinin ev dustaqlığının müddəti uzadılıb
- Moldova Prezidenti İlham Əliyevə zəng edib
- Moldovanın Destryanı bölgəsində partlayışlar olub
- Ukrayna MN: "Rusiya Silahlı Qüvvələri Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradırlar"
- Rusiyanın Moldovaya hücum etmək niyyətində olduğu iddia olunur
- Ukrayna MN: "Moldovanın Dnestryanı regionunda təxribat törədilə bilər"
- Odessadan daha 130 azərbaycanlı Moldova sərhədinə təxliyə olunub
- Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya nazirini qəbul edib
- Ceyhun Bayramov moldovalı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb
- Moldovanın xarici işlər naziri sabah Azərbaycana gəlir