Atasının yasına gəldi, qazdan zəhərləndi


00:05     11 Yanvar 2016 1446791123_2c781f57-fe2a-4d45-b926-95e9b618c35c_6408.jpg


Şirvanda qonaq olan 48 yaşlı qadın dəm qazından zəhərlənib. APA-nın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Atasının qırx mərasimində iştirak edən, Cəlilabad sakini, 1968-ci il təvəllüdlü Aslanova Mehparə Mahmud qızı dəm qazından zəhərlənib. M. Aslanova zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Açar sözlər:

Oxunub: 1088