Moskvada atışma olub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb


18:31     07 Dekabr 2021 21_12_07_1638887541.jpg

Rusiyanın paytaxtı Moskva şəhərində atışma olub.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə şəhərin cənub-şərqində yerləşən Çoxfunksiyalı Mərkəzdə qeydə alınıb.

Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan biri yetkinlik yaşına çatmayandır.

Məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 422