İsşizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti ləğv edilir
09:11 08 Dekabr 2021
“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir.
Femida.az -ın xəbərinə görə, dəyişiklik layihəsində işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi təklif olunur.
Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.
Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.
Oxunub: 705
Oxşar xəbərlər
- İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişikliklər təsdiqlənib
- İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb
- İşsizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti aradan qaldırılır
- İşsizlikdən sığorta ödənişinin verilməsi qaydası dəyişdi
- İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib
- İşsizlikdən sığorta ödənişinin təyinatı elektronlaşdırılıb
- İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb
- İşsizlikdən və dövlət sığortalarını ödəməkdən yayınanlar cəzalanacaq - Prezidentdən QƏRAR