İşsizlikdən sığorta ödənişi üçün üç aylıq gözləmə müddəti aradan qaldırılır


22:14     14 Dekabr 2021 21_12_14_1639502082.jpg

İşsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək.

Femida.az -ın xəbərinə görə, bununla bağlı bu gün Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilib.

Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Açar sözlər:

Oxunub: 419