Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
19:11 19 Dekabr 2021
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlərlə Astara rayonu ərazisində yerləşən “Cənnət” şadlıq sarayında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Bununla bağlı olaraq həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilməklə cərimə olunub.
Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmçinin rayonun Şiyəkəran kəndi ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində də karantin rejim qaydalarının pozulduğu aşkarlanıb. Həmin toyun təşkilatçısı Ş.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.
Oxunub: 546
Oxşar xəbərlər
- Astarada qardaşını baltalayan qadının məhkəməsi başlayır
- Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var
- Astarada toyda dava düşüb, xəsarət alan var
- Astarada polisi öldürmək istəyən şəxsə 17 il 7 ay həbs cəzası verilib
- Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var
- Astarada meşədə yanğın başlayıb
- Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
- Astarada 5 uşaq atası intihar edib
- Astarada 20 yaşlı gənci avtomobil vurub
- Astarada qanunsuz ov edənlər aşkarlanıb