Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var
13:55 31 Mart 2022
Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə ötən gecə rayonun Təngərüd kəndi ərazisində baş verib.
Astara şəhər sakini 1986-cı il təvəllüdlü Astara şəhər sakini 1986-cı il təvəllüdlü Ramazanov Ramil Faiq oğlunun idarə etdiyi “Hundau Sonata” markalı avtomobil “QAZ 66” markalı avtomobillə toqquşub.
Nəticədə minik avtomobilində sərnişin olan 1985-ci il təvəllüdlü Astara şəhəri S.Vurğun küçəsində yaşayan Bəşirov Rahim Orucqulu oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə təcili yardım xidmətinin köməyi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dostların toydan gələrkən qəzaya düşdükləri bildirilir.
Meyid müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 338
Oxşar xəbərlər
- Astarada qardaşını baltalayan qadının məhkəməsi başlayır
- Astarada toyda dava düşüb, xəsarət alan var
- Astarada polisi öldürmək istəyən şəxsə 17 il 7 ay həbs cəzası verilib
- Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var
- Astarada meşədə yanğın başlayıb
- Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
- Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
- Astarada 5 uşaq atası intihar edib
- Astarada 20 yaşlı gənci avtomobil vurub
- Astarada qanunsuz ov edənlər aşkarlanıb