Göygöldə istirahət parkında narkotik satan gözətçi saxlanılıb


09:59     20 Dekabr 2021 21_12_20_1639980025.jpg

Göygöldə narkotik alan və satan şəxslərdə narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Akif Vəliyev saxlanılıb.

Araşdırmalar zamanı onun rayon ərazisində gözətçi işlədiyi istirahət parklarından birində narkotik vasitə satması məlum olub. Əldə edilən maddi sübutlarla birlikdə A.Vəliyev istintaqa təhvil verilib.

Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri ayrı-ayrı tədbirlərlə qanunsuz olaraq, narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən, Bayram Ələkbərov, Baxşəli Mürsəquov, Faiq Bağırov, Vüqar Sadıqov, Elşən Xudaverdiyev, Mehman Kərimov, Rövşən Məmmədxanov, Anar Atayevdən heroin, marixuana, metamfetamin və digər narkotik vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 469