Myanmada ən azı 35 yanmış cəsəd tapılıb


09:47     26 Dekabr 2021 21_12_26_1640468263.jpg

Myanmanın şərqindəki Karen ştatında yerləşən kəndlərin birinin yaxınlığında uşaqlar da daxil olmaqla ən azı 35 nəfərin yanmış meyitinin qalıqları tapılıb.

Femida.az xəbər verir ki, bu barədə “Myanmar NOW” nəşri “Karen Milli Birliyi” (KNU) silahlı etnik qrupunun nümayəndələri və yerli sakinlərə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, hadisə yerində ilk olaraq yanan avtomobillərdən qatı tüstünün çıxdığı müşahidə olunub, lakin güclü alov səbəbindən insanların qalıqlarını tapmaq dərhal mümkün olmayıb.

KNU rəsmiləri insidenti cümə günü (24 dekabr – Red) ərazidə olan Myanma hərbçilərinin üzərinə atıb. Hələlik ölən insanların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Açar sözlər:

Oxunub: 459