Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb


11:47     17 Yanvar 2022 22_01_17_1642403951.jpg

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə “Kombinat yolu” deyilən ərazidə, Göyşaban kəndi yaxınlığında baş verib. İlkin məlumata görə qəzanı törədən “VAZ-2107 “markalı avtomobilin sürücüsü təcili tibbi yardım xidmətinə hadisə barədə məlumat verib.

Koma vəziyyətində olan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 415