Kəlbəcərdə hərbçimiz minaya düşüb


09:44     20 Aprel 2022 22_04_20_1650433517.jpg

Kəlbəcərdə ermənilərin basdırdığı mina partlayıb.

Femida.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə ötən gün rayonun Ağcakənd kəndi istiqamətində, günorta saatlarında baş verib.

Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya edilmiş hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Ayxan Camalzadə mühəndis-istehkam fəaliyyəti zamanı minaya düşüb.

O, ayaq nahiyəsindən xəsarət alıb və hərbi hospitala aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2734