Tovuzda yük maşını ilə minik avtomobili toqquşub, ölən var


12:13     01 Fevral 2022 22_02_01_1643699611.jpg

Tovuz rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Hadisə yanvarın 31-də Tovuz-Qovlar avtomobil yolunda qeydə alınıb.

Belə ki, İsmət Məmmədovun idarə etdiyi “Ford” markalı yük maşını ilə Vüqar Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobili toqquşub. Nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü V.Sadıqov aldığı xəsarətlərdən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ölüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 399