Ağcabədi polisi qaydaları pozan koronavirus xəstəsi barədə araşdırma aparır


11:11     04 Fevral 2022 2021/01/covid_yeni_1610459785.jpg

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakini Gülnar Quliyevanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 376