Türkiyədə sərnişin avtobusu aşıb, 21 nəfər yaralanıb


11:12     09 Fevral 2022 22_02_09_1644385103.jpg

Türkiyənin Afyonkarahisar şəhərinin Çay rayonu ərazisində sərnişin avtobusu yoldan çıxaraq aşıb.

Femida.az “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Çay Dövlət Xəstəxanası yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 543