Sabirabadda avtomobil piyadanı vurub


09:30     13 Fevral 2022 22_02_13_1644774481.jpg

Sabirabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında rayonun Qalaqayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Muradova Nəzakət İslam qızı youl keçən zaman onu minik avtomobili vurub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 518