İraqda 13 terrorçu zərərsizləşdirilib


10:50     20 Fevral 2022 22_02_20_1645336244.jpg

Son 24 saat ərzində Türkiyə artilleriyasının İraqın şimalına endirdiyi zərbələr nəticəsində öldürülən PKK terrorçularının sayı 13-ə çatıb.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl səhər saatlarında Ankara İraqın Avaşin-Basyan bölgəsində beş terrorçunun zərərsizləşdirildiyini bildirib.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı mübarizəni davam etdirir.

Açar sözlər:

Oxunub: 574