Azərbaycan 34 ölkə arasında 2-ci yeri tutub


11:54     20 Fevral 2022 22_02_20_1645336512.jpg

Cüdo üzrə Azərbaycan milli komandası İsrailin Təl-Əviv şəhərində keçirilmiş Böyük Dəbilqəni 34 ölkə arasında 2-ci pillədə başa vurub.

Femida.az -ın məlumatına görə, yığmanın 9 üzvündən 4-ü fəxri kürsüyə yüksəlib. Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) gümüş, Zelim Kotsoyev (100 kq) bürünc medala sahib olub.

Bundan başqa Kəramət Hüseynov (60 kq) 5-ci, Balabəy Ağayev (60 kq) və Elmar Qasımov (100 kq) 7-ci yerlə kifayətlənib. Yalnız Rüfət İsmayılov (90 kq) və Uşangi Kokauri (+100 kq) 1/4 finaladək irəliləməyi bacarmayıb.

Ümumi hesabda birinci yeri 4 qızıl, 4 bürünc medalla Fransa tutub. Gürcüstan isə 2 qızıl, 1 gümüş medalla üçüncü olub.

Digər tərəfdən, Azərbaycan yığması kişilərin yarışında birinci yeri tutub. Gürcüstan 2 qızıl medalla ikinci, İsrail isə 1 qızıl, 2 bürünc medalla üçüncü olub.

Açar sözlər:

Oxunub: 439