FİFA beynəlxalq oyunlarda Rusiya bayrağı və himninin istifadəsini qadağan edib


09:30     28 Fevral 2022 22_02_27_1645991843.jpg

Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.

Bu barədə Femida.az xarici KİV-ə istinadən xəbər verir. Qeyd edilir ki, indi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.

Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün BOK və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.

Açar sözlər:

Oxunub: 486