Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub


21:11     02 Mart 2022 22_03_02_1646237177.jpg

Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

"Artıq açıq yerlərdə maska ​​taxmaq lazım deyil, HES kod tətbiqi yığışdırılıb, qapalı yerlərdə havalandırma kifayət qədər olarsa, maska ​​taxılmayacaq", - nazir qeyd edib.

Qoca açıqlamasında simptomları olmayanlardan artıq PCR testlərinin tələb olunmayacağını, məktəblərdə müsbət hal baş verdikdə yalnız koronavirusa tutulan şagirdin təcrid olunacağını bildirib.

Açar sözlər:

Oxunub: 546