Goranboyda avtomobil ustası bıçaqlanıb


09:33     03 Mart 2022 22_03_03_1646285067.jpg

Goranboyda bıçaqlanma hadisəsi olub.

Femida.az -ın məlumatına görə, rayonun Düzqışlaq kənd sakini, 1992-ci il təvəllüdlü R.Mansurov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həmkəndlisi, 1981-ci il təvəllüdlü E.Məmmədovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, R.Mansurov avtomobil ustasıdır. Hadisəni törətməkdə şübhəli bilinən isə onun müştərisidir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 474