Goranboyda 37 yaşlı qadın qətlə yetirilib


18:25     24 Mart 2022 22_03_24_1648131945.jpg

Goranboy rayonunda qadın əvvəlcə avtomobillə vurularaq, sonra isə bıçaqlanaraq qətlə yetirilib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova öncə avtomobillə vurulub, daha sonra bıçaqlanıb. Qadın ağır halda xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mehman Süleymanovun törətdiyi güman olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 468